İnsan resursları və Hüquq sektoru

Sektor müdirinin adı: İsmayılov Rəsul Süleyman oğlu

Çalışan işçilərin sayı:  3

Telefon nömrəsi: 012 539 40 48, 050 514 83 04

Elektron poçt ünvanı:  [email protected]

 Əsas istiqaməti:

İnstitutunun İnsan Resursları və Hüquq sektoru Azərbaycan  Respublikası Əmək məcəlləsini, Azərbaycan Respublikasının müvafiq qanunlarını və institutun nizamnaməsini, eləcədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktları,  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin,  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin qərar və sərəncamlarını əsas götürərək öz işini qurur. İnsan Resursları və Hüquq sektoru - kadrların seçilməsi, ixtisas və bacarıqlarını peşakarlıq səviyyəsini, və s. uyğunluğunu nəzərə alaraq yerləşdirilməsini təmin edir.

İşçilər haqqında hər tərəfli məlumat bazasının tərtibini və aparılmasını həyata keçirir. Əməkdaşlar haqqında verilmiş qərarları, işə qəbulu, işdən azad olma  əmrlərini, işçilərlə əmək müqaviləsinin bağlanmasını və s. rəsmləşdirir. İşə davamiyyətin uçotu, məzuniyyət qrafikinin tərtibatı və icrası, şəxsi işlərin  hazırlanması, eləcədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS - Əmək Müqaviləsi Elektron Məlumat Sistemi) işçilər haqqında məlumatların yerləşdirilməsi və lazımı dəyişikliklərin aparılmasını həyata keçirir. İnstitut əməkdaşlarına arayış, xasiyyətnamə və s.sənədlərin verilməsini təmin edir.