Azərbaycanda gələcək vəd edən elm sahəsi - tibbi coğrafiya
Təbii şərait ilə insan sağ lam lı ğı arasında birbaşa əlaqənin mövcudluğu, xəstə liklə rin səbəbləri və yayıl masında fi zi ki, sosial, iq ti sadi və mə dəni faktorların təsiri nin oldu ğu eramızdan əvvəl III əsrdən bugü nə qədər məlum dur. Hələ e.ə. 400-cü ildə Hippokrat yazdı ğı "Hava, Su və Yer" ad lı ki tabında xarici faktorlar ilə in sanların xari ci görünü şü və müxtə lif irqlə rin etnikxü su siyyətini nəzərdən keçirmişdir.
Adı çəkilən əsərdə bu əlaqə: "Tibbi düzgün başa düşmək istəyən hər kəs burada yazılanları öyrənməlidir. İlkin olaraq il ərzindəki bütün mövsümlərin təsirləri və onlar arasındakı fərqləri nəzərə almalıdır. Həm bütün ölkəl ər, həm də tək bir əraziyə təsir edən küləkləri, isti və soyuğu diqqətə almalıdır. Nəhayət, suyun fərqli xüsusiyyətlərini, insan bədənindəki fərqli təsirlərin bilməlidir. Eyni zamanda, insanların necə yaşadıqlarını, nələri xoşladıqlarını, nə yediklərini, nə içdiklərini, fiziki idmanla məşğul olub olmadıqlarını, işsiz və artıq çəkili olub olmadıqlarını müşahidə etməlidir. Regional olaraq xəstələrin şikayətlərini başa düşmək və uyğun reseptlər yazmaq üçün bütün həkimlər bunu bilməlidir." kimi ifadə olunmuşdur.
Bir çox tədqiqatçı insan və onun yaşadığı ətraf mühitlə olan əlaqəsini sağlamlıq baxımından araşdıran tədqiqatlar aparmışdır. Tibbi coğrafiya olaraq qiymətləndirə biləcəyimiz belə tədqiqatlar müasir mənada coğrafiyanın bir qolu olaraq Beynəlxalq Coğrafiya Birliyinin (İnternational Geography Union) Tibbi
Coğrafiya Komissiyası tərəfindən 1952-ci il tarixli ilk hesabatı ilə başlamışdır. Bu tarixdən sonra tibbi-coğrafi tədqiqatlar bir stimul qazanmış və müasir dövrdə ən çox müraciət olunan coğrafiya sahələrindən biri olmuşdur.
Tibbi coğrafiya insan sağlamlığı və tibbi xidmətlərin coğrafi tərəfi ilə maraqlanan bir elm sahəsidir ki, o mikrobiologiya, parazitologiya, immunologiya elmlərinin işığında xəstəliklərin və epidemiyaların meydana gəlməsində məkan- zaman əlaqələrini və təbii-şəraiti araşdırır. Tibbi coğrafiyadakı tədqiqatlar və önə çəkilən fikirlər ənənəvi olaraq iki əsas istiqamətdə birləşir. Bunlardan birincisi və daha əvvəl formalaşanı "coğrafi epidemiologiya", "coğrafi patologiya", ya da "xəstəlik ekologiyası" olaraq adlandırılır. İkincisi isə sağlamlıq planlamalarında və tibbi xidmətlərin ayrılmasında ərazi və məkan yönümlü dəyərləndirmələrdir. Bu ənənə tibbi xidmətlərin yeri, bu xidmətlərə əlçatanlıq, tibbi xidmətlərin planlanmasına aid tədqiqatları əhatə edən sağlamlığın mühafizəsi coğrafiyası və ya tibbi xidmətlərin göstərilməsi coğrafiyası olaraq adlandırılır (Şəkil 1) 7 .