Data Analitika ofisi
Müdiri : Babaxanov Aslan Eldar oğlu
Çalışan işçilərin sayı: 3 nəfər
Telefon nömrəsi: +994 55 225 06 17
Elektron poçt ünvanları:
Müdirin şəxsi poçt ünvanı: [email protected]
Şöbənin ümumi poçt ünvanı: [email protected]
Əsas istiqaməti:
Şöbənin əsas elmi istiqaməti rəqəmsal məlumatların idarə edilməsi və analitik emalı ilə bağlıdır. Bu çərçivədə verilənlər bazalarının yaradılması və inteqrasiyası (DB, ETL/ELT), CİS (GIS) məlumat bazalarının, servis və geoportalların formalaşdırılması, məlumatların keyfiyyətinə nəzarət (Data QA/QC), sənədləşdirmə və bilik bazalarının yaradılması istiqamətində tədqiqatlar aparılır.
Şöbədə rəqəmsal kitabxana və arxivlərin rəqəmsallaşdırılması, statistik və cədvəl tipli məlumatların elektron formata keçirilməsi, iş proseslərinin rəqəmsal optimallaşdırılması (RPA və workflow sistemləri), süni intellekt texnologiyalarının praktiki tətbiqi, coğrafiya yönümlü nəhəng dil modelləri və axtarış-əsaslı süni intellekt (RAG) sistemlərinin işlənilməsi həyata keçirilir.
Bununla yanaşı, daxili şəbəkə üçün chatbot və ağıllı köməkçi sistemlərin yaradılması, kitabxana fondunun skan edilərək rəqəmsal arxivə köçürülməsi, eləcə də kitabxana bazası üzrə axtarış və cavab mexanizminə əsaslanan chatbot sisteminin hazırlanması əsas fəaliyyət istiqamətlərinə daxildir.