Coğrafiyaçı alim E.Məmmədbəyovun xatirəsi yad edilib Sen 23, 2021 | 01:09 / TƏDBİRLƏR

Bu gün Coğrafiya İnstitutunun  sabiq aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Elxan Məmmədbəyovun dünyasını dəyişməsindən qırx gün keçir.

Baş direktor Zakir Eminov başda olmaqla İnstitut əməkdaşları əziz xatirəsini yad etmək məqsədilə mərhumun məzarını ziyarət ediblər. İş yoldaşları E.Məmmədbəyovun abidəsi önünə tər çiçəklər qoyub,  ruhuna dualar ediblər.