Əməkdaşımız solpugların coğrafi təhlilini verib Okt 19, 2021 | 06:10 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyevin “Elm və həyat” jurnalında “Анализ территориального распространения сольпуг в Азербайджане” (Azərbaycanda solpugların ərazi bölgüsünün təhlili”) adlı məqaləsi dərc edilib.

Məqalədə solpugların (bövlərin) respublika üzrə yayılmasının coğrafi təhlilini verən mütəxəssis bu növ hörümçəkkimilərə bənzər onurğasız heyvanların yayılmasının əsasını atmosfer havasının rütubətliliyi və torpaq faktoru təşkil etdiyini diqqətə catdırıb. O göstərib ki, solpuglar arid zonalarda - səhra və yarımsəhra tipli ərazilərdə məskunlaşmışlar. Bu onların coğrafi yayılmasında xüsusi əhəmiyyətə malikdir.  Yırtıcı həyat tərzi keçirən solpugların respublika ərazisində pambıq, üzüm, taxıl, tərəvəz və s. kənd təsərrüfatı sahələrində ziyanverici həşəratların, hətta  gəmiricilərin kütləvi surətdə məhv edilməsindəki  rolu danılmazdır.