M.Məmmədovun dissertasiya işinin müzakirəsi keçirilib Okt 18, 2021 | 12:10 / ELMİ İCLASLAR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin Elmi seminarında  doktorant Məlikməmməd Məmmədovun  5401.01 “İqtisadi coğrafiya” ixtisası üzrə coğrafiya elmləri doktoru elmi dərəcəsi almaq üçün yazdığı “Azərbaycan Respublikasının regional iqtisadi-ekoloji funksional strukturunun dayanıqlı inkişafının tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.

Müzakirədən sonra dissertasiya işinin növbəti mərhələyə buraxılması qərara alınıb.