Cİ alim I və II Vətən müharibələrindəki siyasi-coğrafi prosesləri təhlil edib Okt 22, 2021 | 12:10 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov «Vətən müharibəsinin başlanmasının səbəbləri, nəticələri və onun tarixi əhəmiyyəti» mövzusunda distant formatda keçirilən beynəlxalq elmi praktiki konfransda iştirak edib.

Alim Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının təşkilatçılığı, Türkiyə və Ukrayna respublikalarının Milli Müdafiə Universitetlərinin iştirakı ilə baş tutan tədbirdə “Azərbaycan Respublikasında I və II Vətən müharibələrinə zəmin yaradan siyasi-coğrafi və etnodemoqrafik proseslər” mövzusunda məruzə edib. Alim  məruzəsində I Vətən müharibəsində məğlubiyyətin və Şuşanın alınmasının əsas səbəblərini təhlil edib, 44 günlük Vətən  müharibəsində qazanılan qələbənin Ali Baş komandan İlham Əliyevin adı ilə bağlı olduğundan, ölkənin siyasi coğrafi xüsusiyyəti, onun etnodemoqrafik vəziyyətində yaranmış problemin həllində  prezidentin apardığı uğurlu siyasətdən bəhs edib.