Coğrafiyaçı alim Qubadlı ilə əlaqədar müsahibə verib Okt 25, 2021 | 04:10 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Qubatlının işğaldan azad olunmasının birinci ildönümü  münasibəti ilə Azərbaycan televiziyasının “Telesəhər” proqramına müsahibə verib.

Alim rayonun iqtisadi, demoqrafik vəziyyəti,  coğrafi mövqeyi haqqında məlumat verib. O, ermənilərin işğal zamanı rayonda yaşadıqlarına görə dağılmış kəndlərin sayının nisbətən az olmasını Qubadlının faydalı qazıntılarla zəngin olması, kifayət qədər enerji potensialına malik Həkəri və Bərgüşad çaylarının Qubadlı ərazisindən keçməsi ilə əlaqədar olduğunu diqqətə çatdırıb. Z.Eminov hesab edir ki, Qubadlı şəhərinin ətraf kəndlərinin əlverişli coğrafi mövqeyi, burada kənd təsərrüfatının inkişafı üçün əlverişli şəraitin olması həmin kəndlərin qəsəbələr şəklində inkişafına, Qubadlının iqtisadiyyatının az vaxt ərzində dirçəlməsinə və 30 ildən artıq məcburi köçkün kimi yaşayan əhalinin öz yurdlarına qaytarılmasına imkan yaratmış olar.