V.Bəndəliyevin dissertasiya işinin müzakirəsi keçirilib Okt 25, 2021 | 10:10 / ELMİ İCLASLAR

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının Elmi seminarında 5401.01 “İqtisadi coğrafiya” ixtisasında  coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Bəndəliyev Vüqar  Nurəddin oğlunun “Dağlıq Şirvanın mikrotoponimlərinin  tədqiqi” mövzusunda  dissertasiya işinin şöbə  müzakirəsi keçirilib.

Müzakirə  uğurla başa çatıb və işin  müdafiə üçün dissertasiya şurasının iclasına buraxılması haqqında qərar qəbul edilib.