AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutnun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri c.ü.f.d., dos. Zaur İmraniyə Beynəlxalq Qərbi Asiya Turizm Araşdırmaları Konqresinin sertifikatı təqdim edilib.
Gənc alim bu sənədə Konqresin V yığıncağında etdiyi “Azərbaycanın dağlıq ərazilərinin ekoturizm potensialı və istifadə yolları” adlı məruzəsinə görə layiq görülüb.
Qeyd edək ki, Z.İmraninin sözü gedən məqaləsi təşkilatın Türkiyədə nəşr edilən konfrans materiallarında dərc ediləcək.