Coğrafiyaçı alim beynəlxalq konfransda yağıntı rejimi haqqında çıxış edib Okt 28, 2021 | 10:10 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Xəzər dənizi regionunda iqlim dəyişikliyi üzrə virtual formatda keçirilən elmi konfransda iştirak edib.

Xəzər dənizinin Hidrometeorologiya və Çirklənməsinin Monitorinqi üzrə Koordinasiya Komitəsinin (CASPCOM) və Xəzər dənizi Ətraf Mühitinin Mühafizəsi üzrə Çərçivə Konvensiyasının Müvəqqəti Katibliyinin (Tehran Konvensiyası) himayəsi altında keçirilən tədbirdə S.Səfərov  “Abşeron yarımadasında yağıntı rejiminin müasir  dəyişmələri” mövzusunda məruzə ilə çıxış edib. Alim apardıqları tədqiqatların nəticəsi olaraq bildirib ki, 30 il ərzində Abşeron yarımadası, Neft Daşları və Çilov dəniz stansiyalarında yağıntı rejimində baş verən dəyişikliklər payız-qış aylarında yağıntıların digər ərazilərlə müqayisədə özünü daha çox olması ilə büruzə verir.

Konfrans öz işini oktyabrın 28-də davam etdirəcək.