Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin rəhbəri Elbrus Kərim oğlu Əlizadənin elmi seminardakı məruzəsi çox marağlı bir mövzuya – Avropa və Asiyanı bölən şərti sərhəd xəttinin çəkilməsinə dair yen təkliflərə həsr olunmuşdu.
Məsələnin tarixinə geniş ekskurs edən məruzəçı qeyd etdi ki, uzun illərdən bəri bu problemə vahid bir baxış işlənməmişdir. Müxtəıif dövrlərdə coğrafiyaçı tədqiqatçılar dünya hissələrinin bölünməsi ilə bağlı müxtəlif variantlar təklif etmişlər.
Beynəlxalq Coğrafiya İttifaqının 1964-cü ildə qəbul etdiyi qərara uyğun olaraq Avropa və Asiyanın müasir sərhəddinin Ural və Muqacarın şərq ətəyindən, sonra Emba çayından, Xəzərin müasir sərhəddindən, Kuma-Manıç çökəkliyindən və Kerç boğazından keçməsi qəbul olunmuşdur.
2010-cu ildə Rus Coğrafiya Cəmiyəti Avropa və Asiyanın sərhəddinin Rusiya və Qazaxıstan ərazisindən keçməsinə ümumi baxışları təftiş məqsədilə bu ölkələrə ekspedisiya təşkil etdi. Ekspedisiya iştirakçıları belə nəticəyə gəlmişlər ki, Avropanın sərhəddi Ural dağları suayırıcindan, Muqacardan, Ustyurtun şimal ətəyindən və Şimali Aktau sıra dağlarından keçməklə Manqışlaq körfəzi və sonra Xəzər dənizini kəsərək Abşeron yarımadasına qədər davam etməlidir. Düzdür, qeyd olunur ki, bü günə qədər rus Coğrafiya Cəmiyyətindən olan alimlərin fikirləri Beynəlxalq Coğrafiya İttifaqı tərəfindən qəbul edilməyib.
İrəli sürülmüş yeni təkliflər əsasında Azərbaycan coğrafiyaçıları da bu maraqlı məsələnin tədqiqində öz rollarını oynamaq qərarına gəldilər, belə ki, bizim Rusiya və Qazaxıstandan olan həmkarlarımız sərhədi Abşerona qədəq gətirməklə onu davam etdirməyi bizə həvalə etdilər.
C.e.d. E.K. Əlizadə bir çox kartoqrafiq və ədəbi materialların təhlili əsasında sərhəd xəttini Azərbaycan ərazisi ilə Abşeron yarımadasından və daha sonra Böyük Qafqaz sıra dağları cuayrıcından keçməklə Qara dənizdən mübahisə doğurmayan xəttə birləşənədək uzatmağı təklif etmişdir.
E.K.Əlizadə qeyd etmişdir ki, bu marşrut təklif edilərkən hər şeydən əvvəl yerin oroqrafik şəraiti əsas götürülmüşdür. Sərhəd xətti Abşeron yarımadasından, daha sonra şimal-qərb istiqamətində Azərbaycanın ən yüksək Tinov-Rosso, Quton, Bazardüzü, Tufandağ, Babadağ, Şahnəzərdağ, Xaldan aşırımı, Dübrar, Kəmçi, Hacisa dağ zirvələrindən keçə bilər (şək.1).
Beləliklə, qipsometrik relyefi nəzərə alaraq, Abşeron üzrə şərti xətti aşağıdakı məntəqələrdən (yarımadanın şərq sahillərindən başlayaraq) keçirmək olar: Şüvəlan qəsəbəsinin cənub hissəsi, Qala qəsəbəsinin şimal hissəsi, sonra Mərdəkan, Maştağa qəsəbələri, Kürdəxanı kəndinin cənubu, Məmmədli, Keçəldağ, Orucalıdağ, Ceyranbatan su hövzəsinin şimalı, Gəbəyliçam və Hacisa dağları.
E.K.Əlizadə xüsusilə qeyd etdi ki, Avropanın şərq sərhədlərinin dəyişilməsi böyük siyasi, mədəni, iqtisadi, sosial əhəmiyyət kəsb edən çox maraqlı bir məsələdir. Onun baxılması mütləq diskussiya predmeti olmalıdır.
Müzakirənin nəticələrinə görə iclasda qərara alındı ki, bu ilin yayında təklif olunmuş sərhəd xətti boyunca ekspedisiya təşkil edilsin.