Coğrafiyaçılarımız Beynəlxalq CİS Gününə həsr olunmuş vebinarda məruzə edəcəklər Noy 12, 2021 | 05:11 / MÜHÜM HADİSƏLƏR

17 noyabr - Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Günü münasibəti ilə vebinar keçiriləcək.

 Təbriz Universitetinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə  İran, Türkiyə, Azərbaycan, İraq, Almaniya və Pakistanın CİS üzrə alim və mütəxəssisləri məruzə ilə çıxış edəcəklər. Azərbaycan ilk dəfə olaraq dünyanın hər yerində keçirilən bu beynəlxalq tədbirə qoşulacaq. AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun iki əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktorları Elnur Səfərov və Samirə Abuşova tədbirdə məruzə ilə çıxış edəcəklər.

Vebinarda aşağıdakı mövzularda məruzələr dinləniləcək :

Mədəni irsin sənədləşdirilməsində quru səthin lazerlə skan olunması;

CİS-də ekogeomorfoloji dəyərləndirmə;

Ətraf mühit mühəndisliyində RS və CİS tətbiqləri;

RS və CİS-in köməyi ilə pambıq becərilməsində torpağın qiymətləndirilməsi:

CİS-in tətbiqi ilə səth sularının tədqiqi;

Fəlakətlərə qarşı dözümlüyün məsafədən zondlanması;

Təbii fəlakətlərin idarə edilməsində CİS-dən istifadə;

 

Vebinar noyabrın 17-də, saat 10.00-da başlayacaq.

Tədbirə qoşulmaq istəyənlər  

https://us05web.zoom.us/j/85730872394?pwd=Vlh6VUJHZHNud0l3ZlpZVmVzWE1GQT09   linkindən istifadə edə bilərlər.