Z.Eminov xarici jurnalın redaksiya heyətinə üzv seçilib Noy 23, 2021 | 04:11 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Rusiyanın “Dağıstan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. Təbiət elmləri və dəqiq elmlər” jurnalının redaksiya heyətinə üzv seçilib. Dərgi doktorluq və magistr dissertasiyaları nəticələrinin dərci üçün Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının siyahısına daxil edilib.