“Elm” qəzetinin cari ildə 41 və 42-ci sayları çap olunub Noy 26, 2021 | 10:11 / MÜHÜM HADİSƏLƏR

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 41 və 42-ci nömrələri işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünə dair məlumat yer alıb.

Bundan əlavə, akademik Ramiz Mehdiyevin Yaponiyanın “Tokyo Boeki Group” şirkətinin Rusiya ofisinin rəhbər heyəti ilə görüşü, AMEA-nın Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının iclasında hidrogen energetikası ilə bağlı aparılan müzakirələr, AMEA Rəyasət Heyətinin növbəti iclası, Türkiyənin Dokuz Eylül Universiteti və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli beynəlxalq onlayn elmi seminar, görkəmli tarixçi alim Rudolf İvanovun 90 illiyinə həsr edilən tədbir, “1905-1906-cı illər erməni vandalizmini ifşa edən nəşr”, “Təbiətə qənim kəsilən həris təfəkkür”, “Gəncənin elm məbədi”, “Mənbəşünas Nizami Gəncəvi”, “Nizami Gəncəvinin “Xəmsə”sində təbiət leksikası”, “İqlim, təsadüfilik və Şekspirin qəhrəmanını xatırladan spin şüşələr – müəlliflərinə 2021-ci ildə fizika üzrə Nobel mükafatını qazandıran elmi uğurlar”, “Xarici dillərdə ədəbiyyat fondu”, “Tunc dövrü qayaüstü rəsmləri” sərlövhəli məqalələr, akademik Arif Həşimov və AMEA-nın müxbir üzvü İslam Mustafayevlə müsahibələr, nəşrlər, müsabiqələr və s. informasiyalar oxuculara təqdim olunur.

https://science.gov.az/az/news/open/18925