Mərkəzi Elmi Kitabxana oxucular üçün xidmət vaxtını yenidən uzadıb Noy 30, 2021 | 10:11 / MÜHÜM HADİSƏLƏR

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) iş rejimində dəyişiklik edilib. Belə ki, oxucuların çoxsaylı xahişləri nəzərə alınaraq, Mərkəzi Elmi Kitabxanada xidmət vaxtı yenidən uzadılıb. MEK cari ilin dekabr ayının 1-dən etibarən həftəiçi beş gün saat 10:00-dan 22:00-dək oxuculara xidmət göstərəcək.

Məlumat üçün qeyd edək ki, karantin qaydalarının yumşaldılması ilə əlaqədər 2021-ci il oktyabr ayının 15-dən etibarən oxuculara yerində fəaliyyəti yenidən bərpa edən MEK-də bir sıra yeniliklər də həyata keçirilib. MEK-də ilk dəfə olaraq, AMEA-nın əməkdaşları, magistrantları, dissertant və doktorantları, Birinci Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçirilir.

Science.gov.az