Elnarə İsmayılova dissertasiya işini müdafiə edib Fev 11, 2022 | 07:02 / ELMİ İCLASLAR

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında  Elnarə İsmayılova 5402.01 “Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası” ixtisasında  coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  “Gəncə-Qazax iqtisadi-coğrafi  rayonunda turizm-rekreasiya ehtiyatlarının qiymətləndirilməsi” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.

Gizli səsvermə yolu ilə E.İsmayılovaya coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə qərar qəbul edilib.