Coğrafiya İnstitutunun alimi GünAz TV-nin qonağı olub Fev 13, 2022 | 07:02 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri, c.ü.f.d., dosent Zaur İmrani GünAz TV-nin studiyasında qonaq olub, aparıcının dünyada gedən qlobal iqlim dəyişiklikləri haqqında verdiyi bütün sualları geniş şəkildə cavablandırıb.

Coğrafiyaçı alim qlobal istiləşmənin nəticələri, Xəzər səviyyəsinin dəyişkənliyi,  göllərin və çayların quruması problemləri, çayların çirklənmə səbəbləri, su anbarlarının çoxalmasının müsbət və mənfi cəhətləri, suvarma sistemlərinin təkmilləşməsinə  nəzarət, səhralaşma problemləri, meşə sahələrinin genişlənməsi  və s. haqqında qaneedici məlumatlar verib.

Z.İmrani Cənubi Azərbaycanın su problemləri, bizi ayıran və birləşdirən Araz çayı, əkin sahələrinin vəziyyəti, suvarma sistemlərindəki üstünlüklər və s. haqqında məsələlərə də müsahibəsində yer ayırıb.

Videoya buradan baxa bilərsiniz.