Gənc alim Niderlanddan sertifikatla qayıdıb Mart 03, 2022 | 06:03 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın demoqrafiyası və əhali coğrafiyası şöbəsinin əməkdaşı və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Bəyimxanım Hüseynova  Niderland Krallığının Amsterdam şəhərində keçirilən Sosial və humanitar elmlər üzrə beynəlxalq elmi konfransda  iştirak edib.

 Gənc alim tədbirdə  “Azərbaycanının şimali-şərq bölgəsində məskunlaşan azsaylı etnik qrupların cins-yaş  tərkibinin formalaşmasında gənclərin miqrasiyasının rolu”  adlı məqalə ilə çıxış edərək konfransın təşkilatçı-meneceri David Jacob və Beynəlxalq Tədqiqat İnstitutunun  prezidenti Dr. Simpson Rodricks  tərərindən təqdim edilən sertifikata layiq görülüb.