Rövşən Ramazanov dissertasiya işini müdafiə edib Mart 30, 2022 | 12:03 / ELMİ İCLASLAR

AMEA akademik H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu  Dissertasiya şurasının iclasında Rövşən Həsən oğlu Ramazanov  5411.01 - meteorologiya ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Regional iqlim dəyişmələrinin ekoloji sistemlərə və yaşayiş mühitinə təsirinin qiymətləndirilməsi” (Kiçik Qafqazin şimal-şərq yamaci nümunəsində) mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.

Gizli səsvermə yolu ilə Rövşən Ramazanovanın  coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə qərar qəbul edilib.