Coğrafiyaçıların yağıntılara həsr edilmiş məqaləsi çap edilib Apr 07, 2022 | 03:04 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, c.e.d. Səid Səfərovun rəhbərliyi altında doktorantlar Camal Hüseynov, Zakir Quliyev və İlahə İbrahimovanın hazırladıqları “Пространственно-временные особенности распределения осадков на территории Азербайджана” (Azərbaycan ərazisində yağıntıların paylanmasının məkan-zaman xüsusiyyətləri) adlı məqalə Rusiyanın nüfuzlu  «Гидрометеорологические исследования и прогнозы» jurnalının 2022-ci il 1-ci nömrəsində dərc olunub.

Məqalədə 45 hidrometeoroloji stansiyanın müşahidə məlumatları əsasında müxtəlif  dövrlər üçün Azərbaycan Respublikası ərazisində atmosfer  yağıntılarının məkan-zaman  paylanmalarının xüsusiyyətləri tədqiq edilib. Göstərilib ki, əksər ərazilər üçün 1881-1960-cı illər dövrü ilə müqayisədə  1961-1990-cı illərdə orta illik yağıntı miqdarı artıb. Bunun əksinə olaraq, 1991-2016-cı illərdə havanın temperaturunun nəzərəçarpacaq dərəcədə artması fonunda yağıntıların əksər ərazilərdə yenidən azalması qeydə alınır ki, bu da iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də  kənd təsərrüfatında ciddi problemlərə gətirib çıxara bilər.