Xanım Osmanova dissertasiya işini müdafiə edib Apr 07, 2022 | 04:04 / ELMİ İCLASLAR

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında   Xanım Məhəmməd qızı Osmanova  5401.01 “İqtisadi coğrafiya” ixtisasında  coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Abşeron iqtisadi-coğrafi  rayonunda bələdiyyələrin fəaliyyətinin ərazi təşkilinin sosial, iqtisadi-coğrafi problemləri” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.

Gizli səsvermə yolu ilə X.Osmanovanın coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə qərar qəbul edilib.