“HORİZON-2020” proqramı çərçivəsində konfrans keçiriləcək Apr 20, 2022 | 08:04 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda “Miqrasiya problemlərinə yeni baxışlar: pandemiyadan əvvəl və sonra” adlı konfrans  keçiriləcək.

 Tədbir Coğrafiya İnstitutunun icra etdiyi Horizon Europe Tədqiqat və İnnovasiya Proqramı çərçivəsində maliyyələşən “Miqrant agentliyi üçün tarixlərin və arxivlərin əlaqələndirilməsi: Avropa və Aralıq dənizi regionu üzrə qarışıq təsvirlər” adlı qalib layihə üzrə praktik fəaliyyətlərin tərkib hissəsi olaraq keçiriləcək.

Konfransda miqrasiya sahəsində maraqlı tərəf qismində çıxış edən qurumların nümayəndələri, ekspertlər və tədqiqatçılar, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təmsilçisi, Bakı Dövlət və Xəzər Universitetlərinin akademik heyəti, QHT nümayəndələri və s. iştirak edəcək.

 KİV nümayəndələri və maraqlı şəxslər tədbirə dəvətlidirlər.

 

Konrfansın keçiriləcəyi zaman və yer: 20 aprel 2022-ci il, saat 15.00.

H.Cavid pr.115, AMEA-nın əsas binası, 8-ci mərtəbə, Coğrafiya İnstitutunun akt zalı.