Camal Hüseynovun dissertasiya işinin müzakirəsi keçirilib May 06, 2022 | 11:05 / ELMİ İCLASLAR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu İqlim və aqroiqlimşünaslıq şöbəsinin  iclasında Camal Surxay oğlu Hüseynovun 54.11.01 Meteorologiya ixtisasından coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qlobal iqlim dəyişmələrinin Azərbaycan ərazisində yağıntı rejiminə təsirinin tədqiqi” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçirilib.

İşin növbəti mərhələyə keçirilməsi qərara alınıb.