AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 5-6 may tarixlərində fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantların attestasiyası keçirilib.
Doktorantlar İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun əmri əsasında yaradılmış attestasiya komissiyası qarşısında ötən il ərzində yerinə yetirdikləri işlər haqqında hesabat veriblər. Doktorantların fərdi iş planlarında nəzərdə tutulmuş fəaliyyətləri müzakirə edilərək qənaətbəxş hesab edilib və onların növbəti tədris ilində təhsillərini davam etdirməsi qərara alınıb.