Coğrafiyaçı alimin regional iqlim dəyişmələri haqqında məqaləsi nüfuzlu jurnalda dərc edilib May 12, 2022 | 05:05 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu  “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin müdiri, c.e.d., professor Rza Mahmudovun Sloveniyanın nüfuzlu  (ISSN 5782-5319)  Slovak Beynəlxalq Elmi Jurnalında  DOİ pasportu almış (10.5281/zenodo.6535054)   “Regional climatic changes in Azerbaijans and its impact on hydro meteorological conditions” (Azərbaycanda regional iqlim dəyişmələri və onun çayların rejiminə təsiri) məqaləsi  nəşr edilib.

Məqalədə real hidrometeoroloji müşahidə məlumatlarına əsasən Azərbaycanda regional iqlim dəyişmələrinin, xüsusən temperatur və yağıntı göstəricilərinin çoxillik normaya nisbətən müxtəlif regionlar, müxtəlif intervallar üzrə dəyişmə tendensiyası araşdırılıb və onların xəritələri verilib.

Regional iqlim dəyişmələrinin çayların su ehtiyatlarına, rejiminə təsiri öyrənilməklə, ölkə ərazisində çaylarda rejim dəyişkənliyinin baş verməsi, bununla bağlı çayların illik axımlarının, daşqın və gursulu dövrlərin davamiyyətinin  və maksimal su sərflərinin azalması, eyni zamanda, qış azsulu dövr axımlarının artması məsələləri də məqalədə yer alıb.

Ölkə ərazisində orta çoxillik temperatur  normaya nisbətən  +1.10C  artsa da, ən çox temperatur artımı >1000 м yüksəklikdə müşahidə edilir. Dünyada ən isti il kimi qəbul edilən 2018-ci ildə Azərbaycanda temperatur artımı +1.80C,  >1000 м  yüksəklikdə +2.30C təşkil edib.