AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında Ceyhun Yaşar oğlu Qasımov 5409.01 – Geomorfologiya ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kür-Araz ovaliği və ətraf ərazilərin ekogeomorfoloji şəraitinə təbii və antropogen amillərin təsirinin aerokosmik üsullarla tədqiqi” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.
Gizli səsvermə yolu ilə C.Qasımovun coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.