Təmsilçilərimiz Özbəkistan MEA-nin prezidenti ilə görüşüblər İyn 24, 2022 | 03:06 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent Zakir Eminov,  İnstitutun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani Daşkənd şəhərində keçirilən 7-ci Beynəlxalq EMI - Sahibkarlıq və Sosial Elmlər Konqresi çərçivəsində Özbəkistan Elmlər Akademiyasının prezidenti, akademik Bexzod Yuldaşev və baş elmi katib Qayrat Baxadirov ilə görüşüb.

Tərəflər birgə elmi əməkdaşlıq məsələlərini müzakirə edib, qarşılıqlı fikir mübadiləsi aparıblar.  İnstitut rəhbəri Coğrafiya İnstitutu alimlərinin hazırladığı “Türk dünyası coğrafiyası və etnosu” üçcildliyinin  türk dünyası və qurumlarının fiziki-coğrafi xüsusiyyətlərinə həsr olunmuş I və türk dünyasının 6 müstəqil dövlətinin, 11 milli qurumunun iqtisadi-coğrafi və sosial vəziyyətindən bəhs edən II cildinin rus variantını Akademiyanın prezidentinə təqdim edib.