Coğrafiyaçı alim qızıl döş medalı ilə təltif edilib İyn 28, 2022 | 05:06 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov  səmərəli elmi və pedaqoji fəaliyyətinə görə  Beynəlxalq Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə prezident, akademik Valter Kofler tərəfindən Qızıl döş medalı ilə təltif edilib.

R.Mahmudovun 46-sı tanınmış beynəlxalq elmi jurnallarda və konfrans materiallarında dərc olunmaqla, 200-dən artıq elmi məqaləsi var. Alim su ehtiyatları və iqlim dəyişikliyinə dair 11 monoqrafiyanın, 2 dərslik, 11 dərs vəsaiti, 4 proqram, 7 elmi kitabça (onlardan biri Cenevrədə ingilis və rus dillərində nəşr olunub), 3 xəritə, bir sel kataloqu, 4 publisistik əsər  və bir patentin müəllifidir.