Coğrafiyaçı alimlər Çin konfransında aqroekoloji mövzuda məruzə ediblər Avg 02, 2022 | 11:08 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov və elmi işçi Emil Cəbrayılov Pekin şəhərində onlayn formatda keçirilən "Yaşıl iqtisadiyyat üzrə beynəlxalq elm və texnoloji innovasiyalar”  konfransında Azərbaycanı təmsil ediblər.

Asiya Coğrafiya Assosasiyası tərəfindən təşkil edilən konfrans “yaşıl kənd təsərrüfatı”na dəstək və dayanıqlı ətraf mühit problemlərinə həsr edilib. Təmsilçilərimiz konfransda "Azərbaycanın bölgələrində narın becərilməsinin aqroekoloji vəziyyəti və nar şirəsinin dayanıqlı istehsalı" mövzusunda çıxış ediblər. Məruzə tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib və mövzu ətrafında disskusiyalara səbəb olub.