Coğrafiyaçı alim “Əməkdar elm və təhsil işçisi” fəxri adina layiq görülüb Sen 09, 2022 | 02:09 / MÜHÜM HADİSƏLƏR

Rusiya Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin (Beynəlxalq Alimlər, Müəllimlər və Mütəxəssislər Assosiasiyası) qərarı ilə akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri, c.ü.f.d., dosent Zaur İmrani “Əməkdar elm və təhsil işçisi” Fəxri adına layiq görülüb.

 Bu ad ona elmi nəşrlərinə (Web of Science), layihələrdə iştirakına və elmi yeniliklərinə görə verilib.

Qeyd edək ki, bu ad elm və texnikanın prioritet sahələrinin inkişafında, elmi məktəblərin yaradılmasında, elmi kadrların   yetişdirilməsində və hazırlanmasında xidmətlərinə görə fəlsəfə doktoru elmi dərəcəsi olan alimlərə verilir.