AMEA Coğrafiya İnstitutunun baş elmi işçisi, f/r. elmləri doktoru Rauf Qardaşov 10 - 14 sentyabr 2013-cü il tarixində Sankt- Petersburq şəhərində keçirilən “Təbii suların optikasının müasir problemləri” adlı VII Beynəlxalq konfransda iştirak edib.
Alim orada “Meteosat 9 geostasionar peykindən Yer kürəsi müşahidə edildiyində okean üzərində Günəş pariltısının coğrafi koordinatlarının təyini” (həmmüəllif Eminov M.Ş.) və “Güzgü əksi nöqtələr metodu ilə dalğalı dəniz səthindən əks olunan işığın intensivliyinin spektral analizi” (həmmüəlliflər Məmmədov R., Osadchy V.Y.) məruzələri ilə çıxış etmişdir.
Məruzələr konfrans iştirakçıları tərəfindən diqqətlə dinlənilmiş və bəyənilmişdir.