Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib Sen 08, 2022 | 06:09 / ELMİ İCLASLAR

Baş direktor, coğrafiya elmləri doktoru Zakir Eminovun sədrliyi ilə akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib.

Baş direktor  gündəlikdə duran məsələlərlə şura üzvlərini   tanış etdikdən sonra Prezident İlham Əliyevin 28 iyul 2022-ci ildə "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn bəzi məsələlərə toxunub, əməkdaşların işə davamiyyəti, əmək intizamı ilə bağlı tövsiyələrini verib.

Sonra iclasda  Qarabağın inkişafı ilə əlaqədar AMEA Rəyasət Heyyətinin 12 yanvar 2021-ci il qərarına uyğun olaraq “Ekoloji genosidin vurduğu zərərlərin qiymətləndirilməsi” haqda albom-monoqrafiyanın və Şuşa ilə bağlı ilin sonunadək nəşri baş tutacaq kitabın hazırlanmasının vəziyyəti,  oktyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan konfranslara hazırlıq, İnstitutun 2023-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planı və digər məsələlər müzakirə olunub.