Coğrafiyaçı alim Beynəlxalq Dəniz Günü münasibəti ilə müsahibə verib Okt 03, 2022 | 02:10 / MÜHÜM HADİSƏLƏR

AMEA Akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu “Xəzər dənizinin sahillərinin və dibinin  geomorfologiyası” şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyevin Beynəlxalq Dəniz Günü münasibəti ilə  "Бакинский рабочий" qəzetində müsahibəsi dərc edilib.

“Море пяти берегов” (“Beş sahil dənizi”) başlığı altında dərc olunmuş yazıda coğrafiyaçı alim Xəzər dənizinin özəllikləri, səviyyəsinin kəskin dəyişməsinin səbəbləri və buna təsir edən amillər, səviyyə dəyişkənliyin sahilətrafı ərazilərdə yaşayan əhalinin həyat şəraitinə təsiri, onun Azərbaycanın iqtisadiyyatına vurduğu zərərlər, qabaqcadan proqnozlaşdırması  və s. haqqında geniş məlumat verib.

Yazı ilə daha ətraflı buradan tanış olmaq olar: https://br.az/earchive/2022/2022-09-29.pdf