Coğrafiyaçı mütəxəssis Beynəlxalq yay məktəbində iştirak edib Okt 05, 2022 | 02:10 / MÜHÜM HADİSƏLƏR

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi şöbəsinin elmi işçisi Nicat İmamverdiyev Türkiyə Elmlər Akademiyasının (TÜBA) İstanbul şəhərində təşkil etdiyi yay məktəbində iştirak edib.

“Əsas elmlər və akademik həyatın tələbləri” adlı layihə çərçivəsində keçirilən yay məktəbində Türkiyə, Azərbaycan, Pakistan, Əlcəzair, Moldova, Albaniya və s. olmaqla, 15 respublikadan 25 iştirakçı iştirak edib. Mövzu ətrafında gedən çıxış və müzakirələr Istanbul şəhərində olsa da,  təcrübi dərslər Kocaelidə,  TÜBİTAK Mərmərə Araşdırma Mərkəzində  aparılıb. Burada müştəri yönümlü yanaşma ilə dövlət, müdafiə və özəl sektor müəssisələrinə  və akademik qurumlara unikal həllər təklif olunur. Mərkəzdə əsas və tətbiqi tədqiqatlar və təkmilləşdirmələr, texnologiya transferi, innovasiyalar, sistem və obyektlərin yaradılması, milli standartların və normaların müəyyən edilməsi, peşəkar məsləhət və təlimlər həyata keçirilir.

Yay məktəbi ərzində dərslər TÜBA-nın prezdenti prof. Dr. Muzaffer Şeker və akademiyanın digər əməkdaşları, İstanbul, Sent-Luis Vaşinqton və Stanford Universitetlərinin müəllimləri tərəfindən keçirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.