Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin elmi işçisi Əliyev Rövşən Türkiyənin Sivas Cumhuriyeti Universitetində keçirilən 6-cı “Beynəlxalq Qafqaz və Mərkəzi Asiya xarici ticarəti və Logistik Kongres” konfransında onlayn şəkildə iştirak edib.
Elmi işçi tədbirdə “Facts conditioned the tourism potential and perspectiveas of development of Nakhchivan in future” (Naxçıvanın gələcək inkişaf perspektivləri və turizm potensialını şərtləndirən amillər) mövzusunda məruzə ilə çıxış edib. O, Naxçıvanın turizmi, onun gələcək inkişafı, perspektivləri və problemləri haqqında geniş məlumat verib və dinləyiciləri maraqlandıran sualları cavablandırıb. Məruzə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Tədbirin sonunda konfransın fəal iştirakçılarına sertifikat təqdim edilib.