Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının Elmi seminarında Sevil Yunis qızı Quliyevanın 5408.01 – Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası ixtisasında coğrafiya elmləri doktoru elmi dərəcəsi аlmaq üçün “Azərbaycanin müasir təbii landşaft geokompleksləri və onlarin landşaft ekoloji qiymətləndirilməsi” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçirilib.
DŞ ES-in qərarı ilə S.Quliyevanın elmi işi müdafiə üçün növbəti mərhələyə keçirilib.