Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyevin “Müsavat” qəzetində “Xaricdən gətirilmiş buğda sortlarının bizdə tətbiqi doğru deyil” başlığı altında müsahibəsi dərc edilib.
Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində aparılan işlərin vəziyyəti, ölkənin buğda ilə təminatı məsələlərinə toxunan alim dünyada hökm sürən buğda çatışmazlığı problemi ilə əlaqədar bildirib ki, strateji əhəmiyyət daşıyan taxılçılığın inkişaf etdirilməsi üçün işğaldan azad olunan ərazilərimizin güclü potensialı var. Onun sözləriə görə, Cəbrayıl, Füzuli, Ağdamın dağətəyi ərazilərinin dalğavari düzənliklərdə taxılçılıq üçün olduqca əlverişli şərait var: “Sadəcə olaraq, oranın şirin su potensialından yaxşı istifadə olunmalıdır. Yeni bir layihə həyata keçirilsə, demək olar ki, məhsuldarlığı 2-2.5 dəfə artırmaq olar".