C.Hüseynovun dissertasiya işi Elmi seminarda müzakirə edilib Okt 27, 2022 | 12:10 / ELMİ İCLASLAR

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının Elmi seminarında Camal Surxay oğlu  Hüseynovun  5411.01 –meteorologiya ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  “Qlobal iqlim dəyişmələrinin Azərbaycan ərazisində yağıntı rejiminə təsirinin tədqiqi” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçirilib.

DŞ ES-in qərarı ilə C.Hüseynovun elmi işi müdafiə üçün növbəti mərhələyə keçid alıb.