11 oktyabr, 2013-cü ildə İnstitutda fəaliyyət göstərən Dissertasiya Şurasının iclasında Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi şöbəsinin əməkdaşı Musayeva Mətanət Ramazan qızının “Azərbaycan respublikası təsərrüfatının inkişafı və ərazi təşkilinə daşqın hadisələri təsirinin iqtisadi-coğrafi tədqiqi” mövzusunda dissertasiyanın müdafiəsi keçırilmiş və M.R.Musayevaya cografiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul edilmişdir.