Coğrafiya İnstitutunda doktorantların attestasiyası keçirilib Noy 14, 2022 | 07:11 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda  fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantların attestasiyası keçirilib.

İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun əmri əsasında yaradılmış  attestasiya komissiyası qarşısında elmi rəhbərlərin iştirakı ilə 7 doktorantın keçən il ərzində gördüyü işlər haqqında hesabatı dinlənilib. Doktorantlar keçən müddət ərzində ixtisasları sahəsində oxuduqları ədəbiyyat, nəşr etdikləri məqalələr, konfranslarda və təcrübi işlərdəki iştirakları və s. haqqında məlumat veriblər.

Fərdi iş planlarında nəzərdə tutulan işlər tam yerinə yetirildiyindən doktorantların növbəti tədris ilində təhsillərini davam etdirməsi qərara alınıb.