Coğrafiyaçı mütəxəssislər beynəlxalq gənclər forumunda çıxış ediblər Noy 24, 2022 | 07:11 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları -  Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin elmi işçisi Emil Cəbrayılov Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq Gənclər Forumunda iştirak ediblər.

Qazaxıstan Milli Pedaqoji Universitetinin Təbiət Elmləri və Coğrafiya İnstitutunun təşkilatçılığı ilə keçən tədbirdə İ.Zeynalov "The role of climatic and geographical features of the territory of Azerbaijan in the study of radiation safety" (Radiasiya təhlükəsizliyinin öyrənilməsində Azərbaycan ərazisinin iqlim-coğrafi xüsusiyyətlərinin rolu),  E.Cəbrayılov isə "Dynamics of nival-glacial ecosystems and its expected results in Azerbaijan in the conditions of climate change" (İqlim dəyişikliyi şəraitində Azərbaycanda nival-qlasial ekosistemlərin dinamikası və onun gözlənilən nəticələri) mövzusunda məruzələrlə çıxış ediblər.

Məmnunluqla dinlənilən məruzələr  iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.