Cİ-nin doktorantı Qarabağın nəqliyyatı barədə məruzə edib Dek 08, 2022 | 02:12 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun "İnsan coğrafiyası" ixtisası üzrə doktorantı Aynur Quluyeva 4-5 dekabr tarixində Xorvatiyanın Riyeka Universitetinin Sosial Elmlər Fakültəsinin keçirdiyi 8-ci Beynəlxalq Avropa Sosial Elmlər Konqresinin iştirakçısı olub.

 Onlayn formatda tədbirə qoşulan A.Quluyeva  “Qarabağın nəqliyyat əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış edib. Elmi tədbir iştirakçıları A.Quluyevanın Qarabağın vaxtilə işğal altında olan ərazilərində ermənilərin törətdikləri dağıntılar, yolların və nəqliyyat qovşaqlarının məhv edilməsi, Qarabağ ərazisinin nəqliyyat əhəmiyyəti, müxtəlif nəqliyyat növlərinin inkişaf perspektivləri və gələcəkdə nəzərdə tutulan layihələr haqqında təqdimatını dinləyiblər. Məruzəçi çıxışında həmçinin Zəngəzur dəhlizinin yerli, regional və beynəlxalq səviyyələrdə əhəmiyyəti barədə danışıb, ona ünvanlanan  sualları cavablandırıb.

Sonda Konqres iştirakçılarına sertifikat təqdim edilib.