Coğrafiyaçılar “Havanın keyfiyyəti” adlı seminarda iştirak ediblər Dek 13, 2022 | 05:12 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru  Ənvər Əliyev, şöbənin elmi işçisi Firuzə Ağayeva, kiçik elmi işçisi Şəhla İsmayılova və Demoqrafiya və əhali coğrafiyası  şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov  dekabrın 8-də İngiltərənin GAHP (Global Alliance On Health and Pollution) qeyri-hökumət təşkilatının rəhbərliyi  ilə Azərbaycanda "Havanın keyfiyyəti” mövzusunda keçirilən seminarda iştirak ediblər.

Xəzər Universitetində təşkil edilən tədbirdə uyğun hökumət və qeyri-hökumət təşkilatları, biznes qurumlar, elmi tədqiqat institutları, donor təşkilatlar və maliyyə institutlarının nümayəndələri iştirak edib. Seminarda havanın çirklənməsi, onun mənbələri və müxtəlif təsir azaltma strategiyaları haqqında məlumat mübadiləsi aparılıb.

Şöbə müdiri Ə.Əliyev çıxış edərək ölkəmizdə Respublika Prezidentinin bu barədə xüsusi fərmanını xatırladıb, İnstitutun bu sahədə tədqiqat aparan yeganə təşkilat  olduğunu diqqətə çatdırıb və aparılan tədqiqatların mahiyyəti barədə məlumat verib, bu sahədə yer alan  bəzi çətinlikləri diqqətə çatdırıb.

        Seminar  iştirakçıları şöbədə aparılan  tədqiqatlar barədə müsbət fikirlərini bildiriblər və  gələcəkdə bu sahədə birgə iş birliyinin qurulmasının vacibliyini qeyd ediblər.