AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktori, c.e.d. Zakir Eminov və Tibbi coğrafiya şöbəsinin müdiri, c.ü.f.d. Solmaz Rzayevanın müəllif olduqları “Azərbaycan Respublikasında əhalinin həyat keyfiyyətinin müasir vəziyyəti” adlı yeni monoqrafiya nəşr olunub.
Əsərdə ölkə əhalisinin həyat keyfiyyətini müəyyən edən amillər, onların kəmiyyət göstəricilərinin dinamikası, regional paylanması məsələləri tədqiq edilir. Burada son dövrlərdə baş verən iqtisadi, sosial-mədəni və demoqrafik proseslərin dinamikası, onlara təsir göstərən amillər və əsas nəticələr öz əksini tapır.
Kitab əhali coğrafiyası, demoqrafiya, iqtisadi coğrafiya ilə məşğul olan elmi işçilər, ali məktəblərin tələbələri (bakalavr və magistrlər), regional planlaşma ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.