Coğrafiyaçı alim Xəzər TV-yə dəniz səviyyəsinin enməsi barədə müsahibə verib Dek 21, 2022 | 04:12 / MÜHÜM HADİSƏLƏR

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov “Xəzər xəbər”ə müsahibəsində bildirib ki, Xəzər dənizinin səviyyəsinin enməsi ilə əlaqədar müxtəlif versiyalar mövcuddur və həmin fikirlərə görə suyun  4-8 metr enməsi gözlənilən proqnozdur. O qeyd edib ki, dənizin  səviyyəsinin 1995-ci ildən başlayaraq enməsi prosesi davam edir. Alim  Xəzərdə suyun səviyyəsinin azalmasının  iqtisadi və ekoloji baxımdan ciddi problemlərə səbəb ola biləcəyini, səviyyənin düşməsi ilə əlaqədar dənizdə  çirkləndirici  maddələrin konsentrasiyasının da artacağını  və bunun  orada yaşayan canlılar üçün çox böyük təhlükə yaradacağını diqqətə çatdırıb: “ Xəzərin səviyyəsi 2040-cı ildən qalxmağa başlayacaq ki, bu da yeni tikililərin su altında qalması ehtimalını gücləndirir”.