“Coğrafiya və təbii resurslar” jurnalının növbəti sayı çapdan çıxıb Dek 20, 2022 | 04:12 / MÜHÜM HADİSƏLƏR

Akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə nəşri olan “Coğrafiya və təbii resurslar” jurnalının növbəti sayı çapdan çıxıb.

İnstitutun baş direktoru, c.e.d. Zakir Eminovun baş redaktorluğu ilə dərc edilən və 8 bölmə, 13 məqalədən ibarət jurnalın bu sayında  Şuşa şəhərinin temperatur və atmosfer yağıntıları rejiminin tədqiqi, iqlim dəyişmələrinin Abşeron yarımadasının yağıntı rejiminə təsiri, Şahdağ yüksək dağlıq ərazisinin meteoroloji şəraiti, Qarabağ və ətraf ərazilərin relyefinin dövrü təkamülü, Quba-Xaçmaz iqtisadi rayonunda miqrasiyanın təsərrüfatın inkişaf indeksi və ərazinin cəlbediciliyi, şəhər landşaftının antropogen dinamikası və sairə dair məqalələr yer alır.

Nömrədə həmçinin dünyasını dəyişmiş tanınmış alim Nazim Bababəyli haqqında da məlumat verilir.