Coğrafiyaçı mütəxəssis Tümen şəhərində keçirilən konfransda çıxış edib Dek 23, 2022 | 02:12 / MÜHÜM HADİSƏLƏR

Akademik H.Əliyev adına Coğrafiya İnstitutu Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov Rusiya Federasiyasının Tümen şəhərində “Avrasiya məkanında sosial təhlükəsizlik” mövzusunda keçirilən II Beynəlxalq Elmi Konfransın iştirakçısı olub.

Azərbaycan şəhər əhalisinin sosial-demoqrafik şəraitinin regional xüsusiyyətləri haqqında məruzə ilə çıxış edən alim ölkədə şəhər əhalisinin sosial-demoqrafik şəraitinin regional xüsusiyyətlərini araşdırıb, əhalinin demoqrafik inkişafı sahəsində yaranan meyllər və problemləri müqayisəli şəkildə təhlil edib.

Bildirilib ki, regionlarda aparılan davamlı sosial-iqtisadi inkişaf və xidmət infrastrukturunun xeyli irəliləməsi yaşayış məntəqələrinin iqtisadi bazasının  formalaşmasına təkan verib.