Coğrafiyaçı alim Oxçuçayın tərkibi ilə əlaqədar fikirlərini bölüşüb Dek 23, 2022 | 03:12 / MÜHÜM HADİSƏLƏR

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Məhəmməd Abduyev    Oxçuçay suyunun kimyəvi tərkibi barədə fikirlərini AzərTacla bölüşüb.

Respublikanın suya olan tələbatın əsasən çay suları hesabına ödənildiyini bidirən hidroloq alim çayların su ehtiyatlarının ən qiymətli təbii sərvət olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə Şərqi Zəngəzur iqtisadi rayonunun əsas çaylarından olan Oxçuçayın uzunluğunun və hövzə sahəsinin təxminən 55 faizi Ermənistan ərazisində yerləşdiyindən çay Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirklənərək Azərbaycan ərazisinə daxil olur.

Oxçuçayda çoxillik orta ümumi codluq qonşu çaylarla müqayisədə 2,3-3,5 dəfədən çoxdur. Lakin qıtsulu dövrlərdə bəzən bu çayda codluq qonşu çaylarla müqayisədə 15-22 dəfə artıq olur. Suyun hidrokimyəvi çirklənmə indeksindən də göründüyü kimi, Oxçuçay fövqəladə dərəcədə çirklənib.