Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında Sevil Yunis qızı Quliyeva 5408.01 – Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası ixtisasında coğrafiya elmləri doktoru elmi dərəcəsi аlmaq üçün “Azərbaycanin müasir təbii landşaft geokompleksləri və onlarin landşaft ekoloji qiymətləndirilməsi” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.
Sevil Quliyevanın coğrafiya elmləri doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.